Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Litva Prezidentinin Azərbaycana səfər proqramı açıqlanıb

Baxılıb: 521     Tarix: 16-05-2022 11:47   

Litva Prezidenti Gitanas Nauseda mayın 18-də Azərbaycana rəsmi səfərə gələcək.
“Report” xəbər verir ki, bu barədə Litva Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Bakıda Litva Prezidenti Gitanas Nausedanın Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşəcəyi gözlənilir.
Səfər zamanı iki ölkə arasında enerji və iqtisadiyyat sahəsində əməkdaşlığın, Qafqaz regionunda təhlükəsizliklə bağlı vəziyyətin, həmçinin Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında əməkdaşlığın müzakirə olunacağı planlaşdırılır.
Bundan başqa, Gitanas Nauseda Litva-Azərbaycan biznes forumunda iştirak edəcək, Azərbaycanın Baş naziri Əli Əsədovla görüşəcək.
Azərbaycandan sonra Litva Prezidenti Ermənistana səfər edəcək.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar