Xəbər lenti
21/08/2026 [12:58]
Sabah 40° isti olacaq
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

“Putinə təcrid olunduğunu başa salmaq lazımdır” - Estoniyanın Baş naziri

Baxılıb: 1 021     Tarix: 16-05-2022 12:05   

“Qərb dövlətləri Rusiya Prezidenti Vladimir Putinə təcrid olunduğunu başa salmaq istəyirlərsə, ona zəng etməyi dayandırmalıdırlar”.
“Report” xəbər verir ki, bu barədə EURACTIV nəşrinə müsahibəsində Estoniyanın Baş naziri Kaya Kallas bildirib.
O, Fransa Prezidenti Emmanuel Makronun “telefon diplomatiyası”nı tənqid edib.
“Fikrimcə, hamı Putinə zəng etməkdə davam edərsə, o, təcrid olunduğunu başa düşməyəcək. Əgər bunu ona başa salmaq istəyiriksə, zəng etməyək, çünki bunun mənası yoxdur”, - K.Kallas deyib.
Baş nazir vurğulayıb ki, hamı zəng etdiyinə görə Putin özünü diqqət mərkəzində hiss edir.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}