Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Yasamal İcra Hakimiyyəti rayon ərazisindəki qanunsuz tikililərin başa çatdırılmasına özü vaxt qazandırır

Baxılıb: 884     Tarix: 17-05-2022 13:32   

Məlum edirik ki, tərəqqipərvər kütləvi informasiya vasitəsi olan “Qanun və Hədəf” ictimai-siyasi hüquq qəzeti qanunsuzluğun bütün növ təzahürlərinə qarşı mübarizə müstəvisində hökumətə etibarlı tərəf müqabili kimi çıxış edir, bu sahədə görülən işlərə gərəkən informasiya dəstəyi verir.Bildiyiniz kimi, 2022-ci il martın 3-də Prezident İlham Əliyev çıxışı zamanı Bakı şəhərində qanunsuz tikintilərlə bağlı iradlarını bildirmiş və bu neqativ halların qarşısının alınması ilə bağlı tapşırıqlar vermişdir. Eləcə də Bakı şəhəri ərazisində qanunsuz tikintilərlə bağlı vəziyyət və bu halların qarşısının alınması məsələləri paytaxt rayonlarının icra hakimiyyəti başçıları və müvafiq təsərrüfat strukturları rəhbərlərinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi və Fövqəladə Hallar Nazirliyinin nümayəndələrinin iştirakı ilə Bakı Şəhər İcra Hakimiyyətində müşavirə keçirilmişdir. Toplantıda ərazisində daha çox qanunsuz hallara yol verilmiş bəzi İcra Hakimiyyəti başçılarına ciddi xəbərdarlıq edilib, qanunsuz tikinti halların qarşısının alınması ilə bağlı təcili və təxirəsalınmaz tədbirlərin görülərək bu barədə hesabat verilməsi tapşırılıb.
Qəzetimizin əməkdaşları yerlərdə monitorinqlər keçirmək vasitəsilə dövlət başçısının qanunsuz tikililərlə bağlı verdiyi tapşırıqların, həmçinin Bakı ŞİH - nin məlum müşavirəsindən irəli gələn vəzifələrin yerinə yetirilmə səviyyəsini müşahidə edərkən paytaxtın müxtəlif ərazilərində neqativ hallar aşkarlamışlar. Belə halların rast gəlindiyi Yasamal rayonunda  təəssüf ki, yerli İcra Hakimiyyəti aparatının məsul əməkdaşları bu vacib məsələni daimi nəzarətdə saxlamayıb və nəticədə ərazidə qanunsuz tikintilərin artmasına şərait yaranıb. Yasamal RİH-nin vəzifəli şəxsləri (Ərazi idarəetmə şöbəsi, Təsərrüfat şöbəsi və s.) aşkarladığımız qanunsuz tikililərlə bağlı verdiyimiz suallara “xəbərimiz yoxdur”, “biz icazə verməmişik” kimi cavablar verirlər.
Həmin qanunsuz tikililərin qarşısının alınması işinə töhfə vermək təklifimizi dəstəkləyəcəyi ümidi ilə Ysamal Rayon İcra Hakimiyyətinin başçısı cənab Elşad Həsənova 11 aprel 2022-ci il tarixli məktubla müraciət etdik. Eyni zamanda həmin tikililərin ünvanını və fotoşəkillərini siyahı üzrə məktuba qoşma etdik. Tərəfimizdən təqdim olunan faktları yerində yoxlamaq məqsədilə siyahıda qeyd olunan ərazilərdə reyd keçirəcək RİH əməkdaşlarını müşayiət edə biləcəyimizin də nəzərə alınmasını cənab  başçıdan xahiş etdik.
Məktub yazmağımızın ardından dəfələrlə Yasamal İcra Hakimiyyətinin vətəndaşların müraciətlərinə baxılması şöbəsinə zəng vurub məktubumuzun aqibətini öyrənməyə çalışmışdıq. Saatlarla, hətta günlərlə zəngimizə cavab verən olmurdu. Nəhayət, öyrənmişdik ki, başçı məktubumuza dərkənar qoyaraq cavab verməsi üçün rayonun memarı Eyvaz Babayevi məsul edib. Onu da aramışdıq. Bildirmişdi ki, məktubu icra edib, ünvanımıza göndərilməsini isə başqaları təmin edəcəklər. Nə yazdığını soruşanda isə, “alanda oxuyarsınız” demişdi.  
Təəssüflər olsun ki, redaksiyamızın yerləşdiyi “Azərbaycan” Nəşriyyatından cəmi bir kilometr məsafədə yerləşən Yasamal RİH-nin cavabı bizə yalnız mayın 16-da yetişdi. Başçının I müavini Hüsyn Əfəndiyevin imza atdığı məktubda qaldırdığımız məsələ ilə bağlı bildirilir ki, “qeyd olunan ünvanlarda işlər dayandırılmış, tikintiyə dair mövcud qanunvericiliyin tələblərinə uyğun sənədləşmə işlərinin aparılmasının vacibliyi obyekt sahiblərinin nəzərinə çatdırılmış və təxirəsalınmaz tədbirlər görülmədiyi təqdirdə tikililərin sökülməsi ilə əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş qaydada addımlar atılacağı barədə xəbərdarlıq edilmişdir”. Eyni zamanda bildirilir ki, “Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən tikinti işlərinin dayandırılması və şəhərsalma qanunvericiliyinin tələblərinin pozulmasının qarşısının alınması ilə bağlı müvafiq tədbir görülən zaman Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı təmin ediləcəkdir. Ünvanların nəzarətdə saxlanılması aidiyyəti sahə ərazi dairəsi üzrə nümayəndəliyə  tapşırılmışdır”.
 Halbuki, əksinə, ötən bu iki ay müddət ərzində qeyd etmiş olduğumuz qanunsuz tikililərin çoxunun (yəqin, xəbərimiz olmayan digər qanunsuz tikililər də həmçinin) inşası daha da sürətləndirilmiş, demək olar tikilib başa çatdırılmış, üstünün damı örtülmüşdür. Sanki, onlara “dur” yox, “tez ol” deyiblər. Görünür, məqsəd qanunsuzluq faktının ictimailəşdirilməsini, qanunsuzluğun obyektiv araşdırılmasını yubatmaq imiş. Bəlkə, həmin qanunsuz tikililəri inşa edən şəxslər hətta şəhid ailəsindən belə üstün imtiyazlara sahibdirlər? Elə olmasaydı, Yasamalın padşahı Elşad Həsənov Sabunçudakı həmkarı Adil Vəliyevdən nümunə götürər, sorğu-sual etmədən, məhkəmə qərarı-filan gözləmədən tikdiklərini başlarına uçurardı. Əslində isə sorğu-suala ehtiyac da yoxdu. Əgər sözügedən tikililərə icazə verilməsinin məqsədəuyğun olmadığı bəllidirsə, onları inşa etdirən şəxslərə icazə almaları üçün niyə möhlət verilməlidir və o möhlət nə qədərdir?

“Qanun və Hədəf”  
 

 
шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar