Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Zelenski ölkədə hərbi vəziyyətin uzadılmasını istəyir

Baxılıb: 576     Tarix: 18-05-2022 16:04   

Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə hərbi vəziyyətin uzadılması təşəbbüsü ilə çıxış edib.
Qanunvehedef.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə müvafiq qanun layihəsi Ali Radanın saytında yerləşdirilib.
Bununla belə, Radanın saytında sənədin mətni dərc olunmayıb.
Qeyd edək ki, Ukrayna Prezidenti fevralın 24-ü ölkədə hərbi vəziyyətin tətbiq edilməsi barədə sərəncam imzalayıb. Ukraynalı deputatlar elə həmin gün sənədi təsdiq ediblər.
Sərəncama əsasən, ölkədə hərbi vəziyyət 2022-ci il fevralın 24-dən 30 sutkalıq tətbiq edilib.
Ali Rada martın 15-i hərbi vəziyyətin müddətini aprelin 24-nə kimi uzadıb. Aprelin 21-i isə hərbi vəziyyət mayın 25-nə kimi uzadılıb.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar