Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Azərbaycan Xalq Cümhuriyyətinin xalq maarifinin təşkili və inkişafına xidmətləri

Baxılıb: 812     Tarix: 25-05-2022 14:34   

Şahin Şirinzadə: “Hələ 1843 - cü ildə ölkədə ilk sənət məktəbi yaradılmış Şəkidə də Cümhuriyyət dövründə təhsilin inkişafı, maarifləndirmə sahəsində bir sıra ciddi işlər görülmüşdür”

XX əsrin əvvəllərində 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti quruldu. İki ilə yaxın yaşamış Azərbayan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoydu. Xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin yaratdı.
Azərbaycan Xalq Cumhurriyyəti yarandığı dövrdən başlayaraq təhsilin tamamilə yenidən qurulmasında əhəmiyyətli dövr başlandı. Xalq maarifi və təhsili üzrə ilk nazirlik- Xalq Maarifi Nazirliyi yaradıldı. Bu nazirlik Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə üç şöbədən ibarət strukturu təsdiq olundu: ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri.
Bu dövrdə təhsil sahəsində həyata keçirilən ilk və ən mühüm tədbirlərdən biri də məktəblərin milliləşdirilməsi və Azərbaycan (türk) dilinin dövlət dili elan edilməsi oldu. Azərbaycan Cümhuriyyəti Hökumətinin1918-ci il 28 avqust tarixli qərarına əsasən, bütün ibtidai tədris müəssisələrində təhsil şagirdlərin ana dilində aparılmalı, dövlət dili olan Azərbaycan dilinin tədrisi isə məcburi surətdə həyata keçirilməli idi. Ali ibtidai və orta tədris müəssisələrində dərslər dövlət dilində aparılmalı idi. Azərbaycan dilini bilməyən şagirdlər üçün 3-cü və 4-cü siniflərdə Azərbaycan dili şöbələri açılmalı və burada Azərbaycan dili elə intensiv tədris olunmalı idi ki, iki ildən sonra həmin şagirdlər artıq bu dildə təhsillərini davam etdirə bilsinlər.
Ölkədə elm və təhsilin inkişafına xüsusi diqqət yetirən Cümhuriyyət hökuməti və Parlamenti, vaxt itirmədən bu sahədə milli kadrlar hazırlanmasının sürətləndirilməsinə xüsusi səy göstərirdi. Xalqın maariflənməsi üçün yeni təhsil kadrlarına və tədris vəsaitlərinə böyük ehtiyac var idi. Bunun üçün Türkiyədən müəllim kadrları dəvət edilməli, dərs vəsaitləri gətirilməli və qısamüddətli kurslarda Azərbaycan dilini bilən savadlı şəxslərdən müəllim kadrları hazırlanması idi. Dərs vəsaitləri ilə təmin etmək, təhsil problemlərini həll etmək məqsədilə xüsusi komissiya yaradıldı. Həmin komissiyanın fəaliyyətinə o dövrün görkəmli pedaqoqları Hüseyn Cavid, Mahmud bəy Mahmudbəyov, Abdulla Şaiq, Cəmo Cəbrayılbəyli, Səməd bəy Acalov, Fərhad Ağazadə, Abdulla bəy Əfəndizadə və b. biliklərin mahiyyətini, mündəricəsini yüksək qiymətləndirən elm adamları cəlb edilmişdilər.
Cümhuriyyət hökumətinin həyata keçirdiyi tədbirlər nəticəsində artıq 1919-cu ilin əvvəllərində Azərbaycanda dövlət hesabına 23 orta ixtisas təhsili məktəbi: 6 kişi, 4 qadın gimnaziyası, 5 realnı məktəb, 3 müəllimlər seminariyası, 3 "Müqəddəs Nina" qız məktəbi, və 637 ibtidai məktəb fəaliyyət göstərirdi. Bakı Qadın Seminariyası kişi seminariyasına çevrildi, orada təhsil alanlar üçün pansion açıldı. Hələ 1843 - cü ildə ölkədə ilk sənət məktəbi yaradılmış Şəkidə də Cümhuriyyət dövründə təhsilin inkişafı, maarifləndirmə sahəsində bir sıra ciddi işlər görülmüşdür.
Təhsil tariximizdə ilk dəfə olaraq dövlət səviyyəsində məktəbəqədər tərbiyə müəssisələrinin nümunəsini yaratmaq Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin təhsil sahəsində en uğurlu tədbirlərindən biri idi. Bu dövrdə peşə-ixtisas təhsili müəssisələri şəbəkəsinin təşkili, yaxud mövcud olanların inkişaf etdirilməsi sahəsində də konkret addımlar atıldı.
Ölkədə ali təhsilin təşkili Azərbaycan Cümhuriyyəti dövründə təhsil sahəsində qarşısında duran ən ümdə vəzifələrdən biri də ali təhsilli kadrların hazırlanması idi. Qısa müddət ərzində Azərbaycanda üç ali təhsil ocağının - Bakı Dövlət Universitetinin, Əkinçilik İnstitutunun və Dövlət Konservatoriyasının təsis edilməsi barədə məsələ qaldırılmışdı. Onlardan yalnız Bakı Dövlət Universiteti 1919-cu il sentyabrın 1-də təsis olundu və noyabr ayının noyabrın 15-də Bakı Dövlət Universitetinin auditoriyalarında artıq ilk mühazirələr oxunmağa başlandı. Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin cəmi 23 aylıq fəaliyyəti dövründə təhsil sahəsində həyata keçirdiyi tədbirlər sonralar Azərbaycanda xalq maarifinin təşkili və inkişafına mühüm kömək göstərdi. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra, Qırmızı Ordunun ölkəyə daxil olması nəticəsində ölkənin sovetləşmə dövrü başladı. Azərbaycan xalqının maariflənməsinin hər vasitə ilə qarşısı alınırdı. Ancaq buna baxmayaraq, tələbələr təhsilini davam etdirdilər.
Çətin hərbi-siyasi vəziyyətə baxmayaraq, ölkədə iqtisadiyyatın, sənayenin və digər sahələrin inkişafı üçün 100 nəfər azərbaycanlı gənc tələbə dövlət hesabına Avropanın qabaqcıl ölkələrinə göndərildi.
Təəsüflər olsun ki, Sovet hakimiyyəti dövründə təhsil almağa göndərilən tələbələr sonradan cox acı tale ilə üzləşdilər. Ölkədə bolşevik ideologiyasının surətlə yayılması, tələbələrə göndərilən pul vəsaitini dayandırdı. Tələbələr təhsil haqqının ödəməməyin müqabilində ağır şəraitdə işləməyə məcbur edilirlər. Onların bir qismi bu şəraitə dözməyərək intihar edir, bir qismi isə həbsxanalara düşür. Çətin vəziyyətlərdən çıxış yolu taparaq Vətənə qayıdan ixtisaslı kadrlar isə bolşeviklərin həyata keçirdiyi kütləvi həbslər və cəzaların qurbanı olurdular. 1930-cu illərdə tələbələrin bir qismi, Azərbaycan müstəqilliyinin bərpa edilməsi və Almaniya üçün casusluq ittihamı ilə repressiyaya uğradılar. Bu da təbii idi ki, bolşeviklər xalqın beyninə öz ideologiyasını yeritmək istəyirdilər. Məqsəd hər vəchlə xalqın maariflənməsinin qarşısını almaq idi. Məktəblilərə vətəndaşlar, xeyriyyəçilər və Hacı Zeynalabdin Tağıyev, Ağa Musa Nağıyev, Həmidə Məmmədquluzadə, Murtuza Muxtarov, Şəmsi Əsədullayev kimi mesenatlar da yardım edirdi.
Azərbaycan xalqının düşünən beyinləri parlaq zəka sahibi olan ziyalıları Abbas Seyfullabəy oğlu Atamalıbəyov - dəniz mühəndisliyi, Balağa Ağayev-tibb sahəsində, Zaur bəy Daqirov-etnoqrafiya sahəsində, Xiromanov Zəkəriyyə - elektrotexnika sahəsində, Umbay Əmirov səhiyyə, memarlıq, heykəltəraşlıq sahəsində-Əliyev Zeynalabdin bəy Hacağa oğlu Paris, Berlin, Roma, İstanbul, Munxen, Drezden, Xarkov, Firstburq Universitetlərində və adlarını cəkmədiyimiz digər tələbələr müxtəlif xarici dövlətlərin təhsil ocaqlarında təhsil almışlar. Bunlardan bəziləri fəaliyyətlərini Azərbaycanda, bəziləri isə xaricdə davam etdirmişlər. Təhsilini bitirdikdən sonra, tələbələrin əksəriyyəti Azərbaycana dönmüş, zavod rəhbərləri və neft yataqlarının idarəçiləri kimi əhəmiyyətli uğurlar əldə etmişlər. Onların bəziləri hətta Lenin ordeni kimi dövlət mükafatları ilə təltif olunmuşdur.
Sovet hakimiyyətinin dağılmasından sonra müstəqillik əldə edən respublikamız təhsil sahəsində apardığı islahatlar nəticəsində dünya təhsilinə inteqrasiya etmiş təhsil sistemi yarada bildi.
Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən 2018-ci il ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilib. 28 may 2018- ci il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi qeyd olundu. Hər il dövlətimiz çox yüksək səviyyədə bu mühüm hadisəni qeyd edir.
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilin inkişafında rolu misilsizdir. Cox qısa müddətdə 23 ay ərzində fəaliyyətinə baxmayaraq Azərbaycanın tarixində və təhsil bazasının inkişafında böyük iz qoydu. Onun nəticəsidir ki, bugun təhsil sahəsində böyük nailiyyətlər qazanmışıq və Azərbaycanda təhsil sistemində yeni islahatlar, genişmiqyaslı addımlar həyata keçirilir.

Şahin Şirinzadə, Şəki Dövlət Peşə Təhsili Mərkəzinin direktoruшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar