“Azərişığ”ın sədri Qəbələdə vətəndaşları qəbul edəcək
Baxılıb: 351 Tarix: 30-05-2022 12:57
"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov iyunun 7-də saat 10:00-da Qəbələ şəhərində Qəbələ və Oğuz rayonlarından olan vətəndaşları qəbul edəcək.
Qanunvehedef.az xəbər verir ki, Qəbul “Azərişığ”ın Qəbələ şəhəri, Zərifə Əliyeva küçəsi 63 ünvavında yerləşən Şimal-Qərb RETSİ-nin inzibati binasında keçiriləcək.
Qəbul Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşları qəbulu cədvəlinə əsasən baş tutacaq.
Qəbulda iştirak etmək istəyən şəxslər Qəbələ Elektrik Şəbəkəsinə və ya "Azərişıq" ASC-nin 199 çağrı mərkəzinə, onlayn isə [email protected] elektron poçt ünvanına müraciət etməklə qeydiyyatdan keçə bilərlər.
Vətəndaşların diqqətinə çatıdırırıq ki, qəbulda müraciətlər yalnız “Azərişıq” ASC-nin fəaliyyət istiqamətinə aid məsələlərlə bağlı olmalıdır.
Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq, qəbulda peyvənd və ya immun sertifikatı, eləcə də əks-göstəriş sertifikatı olan şəxslər iştirak edə bilərlər.
Ən çox oxunanlar
Son xəbərlər