Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

“Neftçi”nin istədiyi məşqçi “Şerif”dən ayrıldı

Baxılıb: 563     Tarix: 08-06-2022 15:05   

Yuri Vernidub Moldovanın “Şerif” komandasının baş məşqçi postunu tərk edib.
Qanunvehedef.az xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.
Tərəflər arasında əməkdaşlığa qarşılıqlı razılıq əsasında son qoyulduğu diqqətə çatdırılıb. “Şerif” ukraynalı mütəxəssisin Tiraspol təmsilçisinin tarixində daim qalacağını açıqlayıb və ona xidmətləri qarşılığında təşəkkür edərək, gələcək karyerasında uğurlar arzulayıb.
Xatırladaq ki, Vernidub 2021/22 mövsümündə “Şerif”i tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə çıxarıb. Ukraynalı mütəxəssis “Neftçi”nin baş məşqçi postuna əsas namizədlərdən hesab olunur. Onunla yanaşı, Viktor Qonçarenko da paytaxt təmsilçisini çalışdıra bilər. “Ağ-qaralar”ın yeni baş məşqçi ilə bağlı qərarı bu gün baş tutacaq klubun Müşahidə Şurasının iclasında verməsi gözlənilir.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar