Xəbər lenti
23/04/2024 [10:46]
Goranboyda zəlzələ oldu
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Şuşada yeni TƏYİNAT - FOTO

Baxılıb: 438     Tarix: 10-06-2022 14:39   

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə yeni təyinat olub.
Qoruq İdarəsinin "Tarixi-mədəni irsin qorunması, ərazinin inkişafı və əmlakın idarə olunması şöbəsi"nin rəisi vəzifəsində çalışmış Tural Novruzov həmin İdarənin İdarə Heyətinin sədrinin müavini vəzifəsinə təyin olunub.
Tural Novruzov 2000-2004-cü illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və münasibətlər fakültəsinin beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr, 2004-2006-cı illərdə isə magistr təhsili alıb və fərqlənmə ilə bitirib.
2006-2008-ci illərdə Londonda biznes menecment üzrə müxtəlif təhsillər alıb, 2008-2009-cu illərdə ‘‘Diplomatic Academy of London’’ təqaüdünü qazanaraq Londonda Vestminster Universitetində Diplomatiya üzrə magistr təhsili alıb. 2016-cı ildə Kembric Universitetinə qəbul olub və biznesin idarə edilməsi üzrə (MBA) magistr təhsili alıb. 2021-2022-ci illərdə İsveçin Lund’ Universitetində ‘‘Şəhərsalmanın təbiətə əsaslanan həllərlə idarə olunmasında innovasiya’’ peşəkar inkişaf proqramını bitirib.
Tural Novruzov 2008-ci ildən Londonda ‘‘Blackstone Group’’ şirkətində daşınmaz əmlak aktivlərinin idarə edilməsi üzrə çalışıb. Daha sonra ‘‘Gilan Holdinq’’də daşınmaz əmlak aktivlərinin idarə edilməsinə rəhbərlik edib. 2019-cu ildən Beynəlxalq şəhərsalma və layihələndirmə şirkəti olan ‘‘Vasconi Architectes’’ şirkətinin Azərbaycan üzrə rəhbəri olub, Gəncə şəhərinin baş planının hazırlanmasını icra edib. 2021-ci ildən etibarən Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsində Tarixi-mədəni irsin qorunması, ərazinin inkişafı və əmlakın idarə olunması şöbəsinə rəhbərlik edib.
Ailəlidir, iki övladı var./Oxu.az

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar