Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Putin Poklonskayanı vəzifəsindən azad etdi

Baxılıb: 576     Tarix: 13-06-2022 11:42   

Rusiya Prezidenti Vladimir Putin Natalya Poklonskayanı ölkənin Müstəqil Dövlətlər Birliyi məsələləri, xaricdə yaşayan həmvətənlər və beynəlxalq humanitar əməkdaşlıq üzrə Federal Agentliyinin (“Rossotrudniçestvo”) rəhbərinin müavini vəzifəsindən azad edib.
Qanunvehedef.az “TASS”a istinadən xəbər verir ki, Putin bu barədə müvafiq sərəncam imzalayıb.
Xatırladaq ki, V. Putin N. Poklonskayanı Kabo-Verdedəki səfir vəzifəsindən azad edərək cari ilin fevral ayında bu vəzifəyə təyin etmişdi.
Qeyd edək ki, Nataliya Poklonskaya 2014-cü ildən Krımın prokuroru vəzifəsində çalışıb, 2016-cı ildən 2021-ci ilə qədər isə Dövlət Dumasının deputatı olub. Bununla belə, o, keçən il namizədliyini irəli sürməkdən imtina edib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar