Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Ağ Ev Baydenin yenidən prezidentliyə namizədliyini təsdiqlədi

Baxılıb: 628     Tarix: 14-06-2022 09:33   

ABŞ Prezidenti Co Bayden 2024-cü ildə növbəti dəfə prezidentliyə namizədliyini irəli sürmək niyyətindədir.
Qanunvehedef.az “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı Ağ Evin mətbuat katibi Karin Jan-Pyer təsdiq edib.
“Deyə bilərəm ki, Prezident 2024-cü ildə namizədliyini irəli sürməyi planlaşdırdığını bir neçə dəfə bildirib”, - deyə Jan-Pyer söyləyib.
Qeyd edək ki, “The Hill” qəzetinin daha əvvəl yaydığı məlumata görə, 79 yaşlı Bayden keçmiş Prezident Barak Obamaya növbəti dəfə də prezidentliyə namizədliyini irəli sürmək istədiyini bildirib. Lakin nəşr yazır ki, Baydenin reytinqinin aşağı olması ona yenidən seçilməyə mane ola bilər.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar