Xəbər lenti
04/11/2025 [13:30]
Sabah leysan yağacaq
Arxiv
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Hikmət Hacıyev Şuşa Bəyannaməsinin əhəmiyyətindən danışdı

Baxılıb: 711     Tarix: 17-06-2022 09:46   

“Şuşa Bəyannaməsi zaman və məkan baxımından çox fərqli əhəmiyyətə sahibdir”.
Qanunvehedef.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyə mediasına müsahibəsində deyib.
Onun sözlərinə görə, Şuşa Bəyannaməsi siyasi, geosiyasi və simvolik olaraq əhəmiyyət daşıyır: “Bu bəyannamə Türkiyə və Azərbaycan xalqlarının iradəsindən irəli gəlir. O, bizim müttəfiqliyimizi bir qanun halına gətirib. Bu mövzunu xüsusi olaraq vurğulamaq istəyirəm. Bu razılaşma liderlərimizin nə qədər uzaqgörən olduğunu göstərib. Dünyanın nizamının dəyişdiyi bir mühitdə Azərbaycan və Türkiyənin stratejik olaraq da dostluğunun önəmli olduğunu vurğulamaq lazımdır”.
Bununla yanaşı, H.Hacıyev Azərbaycan və Türkiyə arasında əməkdaşlığın hər kəs üçün önəmli olduğunu qeyd edib: “Bu, sadəcə Türk dünyası üçün deyil, bütün dünya üçün əhəmiyyətə malikdir. Biz dünyada bu günə qədər bir nümunəsi olmayan qardaşlıq müttəfiqliyi yaratdıq. Gözümüzün önündə qardaş ölkələr var. Eyni dildən və dindən olmalarına baxmayaraq, müharibə aparırlar. Bizim etdiyimiz dünya üçün bir nümunədir. Bizim qardaşlığımız Mərkəzi Asiyada olan qardaş ölkələrimiz üçün də bir örnəkdir”.шаблоны для dle 11.2