Xəbər lenti
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Lex Kaçinskinin qardaşı istefaya getdi

Baxılıb: 693     Tarix: 21-06-2022 11:38   

Polşanın Baş nazirinin müavini və Milli təhlükəsizlik və müdafiə məsələləri üzrə komitənin sədri Yaroslav Kaçinski vəzifəsindən istefa verib.
Qanunvehedef.az “Wprost”a istinadən xəbər verir ki, bu barədə məlumatı Kaçinski özü açıqlayıb.
“Mən artıq hökumətdə deyiləm. Baş nazir Mateuş Moraveçkiy və bildiyim qədərilə Prezident Andjey Duda mənim istefamı qəbul ediblər”, - deyə Kaçinski qeyd edib.
Siyasətçinin sözlərinə görə, onu Baş nazirin müavini və Milli təhlükəsizlik və müdafiə məsələləri üzrə komitənin sədri vəzifəsində ölkənin hazırkı müdafiə naziri Mariuş Blaşak əvəz edəcək.
Qeyd edək ki, Y. Kaçinski 1949-cu ildə Varşavada dünyaya gəlib. O, 2010-cu ildə Smolensk üzərində təyyarə qəzasında həlak olan Polşa Prezidenti Lex Kaçinskinin qardaşıdır.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar