Xəbər lenti
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

İlham Əliyev Qaribaşviliyə zəng etdi

Baxılıb: 767     Tarix: 28-06-2022 15:46   

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 28-də Gürcüstanın Baş naziri İrakli Qaribaşviliyə zəng edib.
Qanunvehedef.az xəbər verir ki, dövlət başçısı İrakli Qaribaşviliyə ad günü münasibətilə təbriklərini çatdırıb, ona fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb.
İrakli Qaribaşvili göstərilən diqqətə və təbrikə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
Prezident İlham Əliyev və Baş nazir İrakli Qaribaşvili ölkələrimiz arasında dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edərək, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əmin olduqlarını bildiriblər.
Söhbət zamanı ikitərəfli münasibətlərin perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.



Ən çox oxunanlar
{sape_links}{sape_article}