Xəbər lenti
04/11/2025 [13:30]
Sabah leysan yağacaq
Arxiv
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

“Biz, yeganə ölkəyik ki, bu mübarizədə rusiyalıları dəstəkləyirik” – Lukaşenko

Baxılıb: 623     Tarix: 04-07-2022 12:01   

Aleksandr Lukaşenko xəbər verib ki, o, Belarusun rolunu Ukrayna-Rusiya müharibəsində «çoxdan müəyyən» edib. Diktator qeyd edib ki, artıq çoxdan Rusiya Federasiyası və Belarus «vahid silahlı qüvvələr qruplaşması» yaradıb.

Lukaşenko uyğun bəyanatla Belarusun müstəqillik gününə (iyulun 3-ü) həsr olunmuş tədbirdə çıxış edib.

«Biz, yeganə ölkəyik ki, bu mübarizədə rusiyalıları dəstəkləyirik. Bizi qınayanlar, siz bilmirdiniz ki, bizim Rusiya Federasiyası ilə ən sıx müttəfiqliyimiz var? O dövlətlə ki, biz, vahid, güclü müstəqil dövlət qururuq - İttifaq dövləti. Harada ki, iki müstəqil xalq var. Onlar bilməyiblər ki, bizdə artıq çoxdan Belarus və Rusiya ittifaqdadır və onun vahid silahlı qüvvələri var? Praktiki olaraq, vahid ordu. Siz, bütün bunları bilirdiniz, onda nə üçün bu gün bizi qınayırsınız? Biz, qardaş Rusiya ilə birlikdə olmuşuq və olacağıq. Bizim «xüsusi əməliyyatda» iştirakımız mənim tərəfimdən çoxdan müəyyən olunub» - Lukaşenko deyib.
«Kartof füreri» əlavə edib ki, belaruslar heç kimə imkan verməzlər ki, rus insanını kürəyindən güllələsinlər.

Qanunvehedef.azшаблоны для dle 11.2