Xəbər lenti
02/09/2025 [14:09]
Sabah hava necə olacaq?
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

“Hücum silahları qadağan edilməlidir” - ABŞ Prezidenti

Baxılıb: 286     Tarix: 12-07-2022 11:12   

ABŞ administrasiyası silaha nəzarətin daha da sərtləşdirilməsi və ölkədə hücum silahlarının satışına qadağa qoyulması üçün səy göstərməyə davam edəcək.
Qanunvehedef.az “Report” istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Cozef Bayden bildirib.
“Hücum silahları qadağan edilməlidir. Mən bu silahları, daraq tutumu 30 mərmi olan silahları qadağan etmək niyyətindəyəm. Bu qadağaya nail olana qədər mən dayanmayacağam”, - ABŞ dövlət başçısı əlavə edib.
Onun sözlərinə görə, son iki onillikdə ABŞ-da odlu silahdan istifadə nəticəsində ölən məktəblilərin sayı Amerika polisi və hərbçilərinin ümumi sayından çoxdur.
"Silahlar Amerika Birləşmiş Ştatlarında uşaqların bir nömrəli qatilidir. Bunu bir daha təkrar edirəm. Silahlar avtomobil qəzaları və xərçəngdən qabaq ABŞ-da uşaqların ölümünün bir nömrəli səbəbidir. Son iyirmi ildə silahlar Birləşmiş Ştatlarda vəzifəli polislər və xidmətdə olan hərbçilərin cəmindən daha çox orta məktəb şagirdini öldürüblər”.шаблоны для dle 11.2