Xəbər lenti
12/06/2026 [13:47]
Sabah 35° isti olacaq
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

İlon Mask Gürcüstanda şirkət açıb

Baxılıb: 673     Tarix: 14-07-2022 10:00   

Amerikalı sahibkar, mühəndis və milyarder İlon Maska məxsus "Starlink" şirkətinin Gürcüstanda törəməsi təsis olunub.
Təsisçisi "Starlink Holdings Netherlands" şirkəti olan "Starlink Georgia"nın fəaliyyətinə icazənin alınması üçün Gürcüstanın Kommunikasiyaların Tənzimlənməsi üzrə Milli Komissiyasına müraciət edilib.
Tənzimləyici iyunun 29-da təsis olunmuş şirkətin təqdim etdiyi sənədləri iyulun 14-də nəzərdən keçirməyi planlaşdırır.
"Starlink" Gürcüstanda yüksək dağlıq rayonları və indiyədək internetə keyfiyyətli çıxışın təminatının mümkün olmadığı yaşayış məntəqələrini internetlə təchiz etmək niyyətindədir./Oxu.az

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar