Xəbər lenti
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Kamran Əliyevdən üç mühüm TƏYİNAT

Baxılıb: 726     Tarix: 14-07-2022 12:58   

Prokurorluq orqanlarında yeni kadr təyinatı olub.
Oxu.Az-ın məlumatına görə, bu barədə Baş Prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.
Baş Prokurorun əmri ilə Ağdaş rayon prokuroru Tural İbrahimov tutduğu vəzifədən azad edilərək Kürdəmir rayon prokuroru vəzifəsinə təyinat alıb.
Onun yerinə isə Ağdaş rayonuna yeni prokuror vəzifəsinə Anar Əliyev təyin edilib.
Xatırladaq ki, Anar Əliyev bu təyinatdan əvvəl Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində böyük prokuror vəzifəsində çalışıb. O, universitetə qəbul imtahanında göstərdiyi yüksək nəticəyə görə "Prezident təqaüdçü"sü olub.
Baş Prokurorun daha bir əmri ilə Vüqar Nəsibov Bakı şəhər prokurorluğunun Prokurorluqda istintaqa nəzarət şöbəsinin rəisi təyin edilib. V.Nəsibov bu təyinata qədər Baş Prokurorluğun Təşkilat və icraya nəzarət idarəsinin böyük prokuroru vəzifəsində çalışıb.
Məlumatları Baş Prokurorluğun Mətbuat xidmətindən Oxu.Az-a təsdiq ediblər.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar