“Hər bir qazinin, şəhid ailəsi üzvünün şikayəti diqqətlə araşdırılır” - Nazir müavini
Baxılıb: 548 Tarix: 15-07-2022 14:17
“Şəhid ailə üzvləri, müharibə əlilləri, müharibə iştirakçılarının sosial müadifəsi, təminatı ilə bağlı məsəslələrin həlli ölkəmiz üçün prioritet istiqamət təşkil edir”.
Qanunvehedef.az xəbər verir ki, bunu Trend-ə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev deyib.
Nazir müavinin sözlərinə görə, Azərbaycan sosial dövlət konsepsiyası üzərində qurulub və bu konsepsiyadan irəli gələrək ölkəmizdə irihəcimli çox şaxəli sosial təminat siyasəti həyata keçirilir.
“Müharibə bitdikdən sonra nazirlik tərəfindən qazilər və şəhid ailələrinin sosial müdafiəsi təminatı ilə bağlı ilə bağlı dəstək tədbirləri keçirilməsi üçün tam şəkildə səfərbər olunan bir fəaliyyət həyata keçirilir və bugün də davam edir. Hər bir qazinin, şəhid ailəsi üzvünün şikayəti, narazılığı Sosial Müdafiə Nazirliyi tərəfindən diqqətlə araşdırılır”, - deyə A.Əliyev qeyd edib.
Anar Əliyev həmçinin bildirib ki, hazırda nazirliyin tabeliyində olan sosial ekspert kommisiyaları tərəfindən qazilərimizə bilavəsitə əyani müayinə əsasında ekspertizalar həyata keçirilir.
“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olaraq postmüharibə dövründə şəhid ailə üzvlərinə qazilərə xidmətlərin tam şəffaf operativ həyat keçirilməsi bizim mənəvi borcumuzdur. Nazirlik olaraq bu istiqamətdə olan fəaliyyətimizi ardıcıl olaraq davam etdirəcəyik. Hər bir şəhid ailəsinə, qazimizə nazirliyin qapıları açıqdır. İstənilən məsələ ilə bağlı müraciət edə bilərlər”, - deyə A.Əliyev vurğulayıb.
Ən çox oxunanlar
Son xəbərlər