Xəbər lenti
04/11/2025 [13:30]
Sabah leysan yağacaq
Arxiv
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Zelenski Təhlükəsizlik Xidmətinə yeni rəhbər təyin etdi

Baxılıb: 539     Tarix: 18-07-2022 14:20   
Xəbər verdiyimiz kimi, Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin Təhlükəsizlik Xidmətinin rəhbəri İvan Bakanovu vəzifəsindən uzaqlaşdırıb.
Qanunvehedef.az “Ukrainskaya pravda”ya istinadən xəbər verir ki, Zelenski bu məsələ ilə bağlı daha bir sərəncam imzalayıb.
Belə ki, sərəncama əsasən, Bakanovun müavini Vasiliy Malyuk müvəqqəti olaraq Təhlükəsizlik Xidmətinin rəhbərinin səlahiyyətlərini icra edəcək.  
Xatırladaq ki, Volodimir Zelenski Bakanov ilə yanaşı ölkənin Baş prokuroru irina Venediktovanı da vəzifəsindən kənarlaşdırıb. Bunun ardınca, Zelenskinin Ofisinin rəhbərinin müavini Andrey Smirnov açıqlama yayaraq bildirib ki, Venediktova və Bakanov mediada qeyd olunduğu kimi, istefaya göndərilməyib. Onun sözlərinə görə, hər iki şəxs araşdırılma aparılması üçün müvəqqəti olaraq işindən kənarlaşdırılıb.

Fotoda Vasiliy Malyuk
 
шаблоны для dle 11.2