VƏTƏNDAŞIN PROBLEMİ HƏLL EDİLMƏDİKCƏ DAHA BİR ŞİKAYƏTÇİ ARTIR, NARAZILIQ BAŞLAYIR.
Baxılıb: 651 Tarix: 20-07-2022 20:27
Azərbaycan Respubilikasının Konstitusiyasında “Sosial İnkişaf və Dövlətadlı maddəsində deyilir;—Azərbaycan Respubilikası Xalqın və hər bir Vətandaşın
rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və ləyaqətli həyat səviyyəsi qayğısına qalır.—Ana qanunçuluqda təsbit edilən bu müddəa cox təəssüflərki, bəzi məmurlar və icraçılar tərəfindən tez-tez pozulur.Əgər belə olmasaydı Şirvan şəhərindən İLK EKSTRASENS TELMAN ATAMOGLAN OĞLUATAMALİYEVin problemləri gərək çoxdan həll edilmiş olardı.
Möhtərəm cənab Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 23 dekabır 2018-ci il tarixli ”Az təminatlı ailələrin sosial rifanın yaxşılaşdırılması haqqında” sərəmcamı da bu məqsədə xidmət edir. AMma Şirvan şəhərində məmurlar üçün bu sərəmcAM sanki keçərli deyildir. Belə məmurlar barədə MÜQQƏDƏS QURANda (62-ci CUMA surəsinin 5-ci ayəsində) yazılıb;—Cavab yükü daşıyan, sonra bu yükü daşımaqdan daşınan (yayınan) kimsələr belində kitablar daşıyan eşşək kimidir.—Ata evinin yaşamaq üçün yararsız olması, kommunal xidmətlərin; — qaz, işıq, su- kanalizasiya xətlərinin—kəsilməsi Telman Atamaliyevin həyatnı cəhənəm əzabına çevirmişdir.
Azərbaycan Preziditenti dəfələrlə çıxış və sərəncamlarında imkansız ailələrə, maddi durumu ağır olan insanlara köməklik göstərilməsini məmurlara tapşırmışdır. 2005-ci ilin may ayında Möhtərəm cənab Prezidentimiz imkanı olmayan ailələrin kommunal xərclərdən azad olunması tapşırığını vermişdir.
Belə olan təqdirdə Şirvan şəhər Kommunal Xidmət Təşkilatları niyə bu deyilənlərə əməl etmir?!
Hər bir insanın yaşaması üçün normal kommunal şəraiti olmalıdır. Bicarə Telman isə rüşvətxor məmurlar tərəfindən incidilir, get-gələ salınır, şikayətinə əməl edilmir. Bu insanı elə vəziyyətə salıblar ki, az qala özünü öldürsün. Faciə onda başlayır ki, haqlının tələbini ödəmir, haqlı şikayətə vaxtında baxılmır və və insanı bilə-bilə fəlakətə sürükləyir, intihara təhrik edirlər. Cinayət məcəlləsinin müvafiq (125-ci) maddəsi ilə cinayət məsuliyətindən yaxalarını qurtarmaq üçün təqsiri intihar edənlərin üzərinə yıxırlar. Hüquqlarmızı, haqlarmızı qorumalı olan məhkəmə qərarlarına belə əməl olunmur. Elə isə bu zavallı bicarə Telman kimə üz tutsun, kimdən kömək istəsin?
Bu yazı bir haraydır,əlaqədar təşkiatlara müraciətdir. Sonra gec ola bilər.
Telmanın problemləri və normal yaşayışla təmin olunmağına yardım edilməlidir. Səhlənkarlıq və laqeydlik ucbatından onun həyatını sona yetməsinə yol vermək olmaz. Həyatın bütün çətinliklərinə qatlaşan, hər bir əzaba dözən Telman Atamaliyev qısqanclıq, öz yaxınlarının laqeyidliyi və imkansızlığı ucbatından özünə həyat qurabilməmış, BAKİR YAŞAMAQDADIR.(əgər buna yaşamaq demək mümkünsə).İndi Telmanın son bir imkanı və ümüdü qalır, Ölkə Prezidentinə müraciət etmək, Respubilikamızın Birinci Vitse Preziditenti Mehriban xanımdan kömək istəmək.
Elşad
Ən çox oxunanlar
Son xəbərlər