Xəbər lenti
04/11/2025 [13:30]
Sabah leysan yağacaq
Arxiv
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Conson istefa verəcəyini təsdiqlədi

Baxılıb: 737     Tarix: 29-07-2022 10:24   

Böyük Britaniyanın Baş naziri Boris Conson Mühafizəkarlar Partiyasının lideri olaraq qalması ilə bağlı petisiyaya baxmayaraq, istefa verəcəyini təsdiqləyib.
Qanunvehedef.az xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.
O bildirib ki, ölkə "böyük siyasi estafet yarışının növbəti mərhələsinə" yaxınlaşıb.
"Sizi əmin edə bilərəm ki, estafet çubuğu hiss olunmayacaq şəkildə başqasının əlinə keçəcək. Sizi əmin edə bilərəm ki, bu adam bundan sonra da eyni proqrama rəhbərlik edəcək", - deyə Baş nazir bildirib.
Qeyd edək ki, Boris Conson Böyük Britaniyanın Baş naziri vəzifəsindən və Mühafizəkarlar Partiyasının lideri postundan istefa verib. Lakin o, yeni Baş nazir seçilənə qədər partiya və hökumətin rəhbəri vəzifələrini icra edəcək. Ötən həftə Böyük Britaniyada Mühafizəkarlar Partiyasının üzvləri öz liderini seçmək üçün səsvermənin beşinci turunu keçirib. Nəticələrə görə, finala iki namizəd: xarici işlər naziri Liz Trass və keçmiş maliyyə naziri Rişi Sunak çıxıb.шаблоны для dle 11.2