Xəbər lenti
Arxiv
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

PERSPEKTİV VƏD EDƏN ARIÇI FERMER YOL İSTƏYİR

Baxılıb: 1 624     Tarix: 31-07-2022 12:07   
 
İnsan orqanizminə ən faydalı və ləziz qidalardan olan balın, təbabətdə geniş istifadə olunaraq bir çox xəstəliklərin dərmanı olan arı südünün, arı zəhərinin əldə olunması kifayət qədər zəhmət tutumlu prosesdir və üstəgəl, lazımi təbii şərait tələb edir. Dünyadakı 11 iqlim qurşağının 9-nun yerləşdiyi Azərbaycanda belə bir şərait vardır.

Arıçılıq ölkəmizin bir sıra bölgələrində aqrar sektorun ənənəvi və gəlirli təsərrüfat sahələrindən hesab olunur. Dövlətimiz kənd təsərrüfatının bu sahəsinin inkişafına dəstək göstərir, subsidiyalar ayırır, istehsal və ixrac imkanlarının artırılmasına kömək edir. Arıçılığın inkişafının stimullaşdırılması haqqında dövlət başçısının Sərəncamının icrası yüksək səviyyədə təmin edilir.


Masallı rayonunda arıçılıq bir növ nəsildən-nəsilə miras kimi ötürülən məşğuliyyət növünə çevrilib. Rayonda arıçılıqla yüzlərlə insan məşğul olur və təsərrüfatlarında minlərlə arı ailəsi bəsləyirlər. Hətta yaxın keçmişə qədər bəzi ailələr qızlarını gəlin köçürəndə onlarla, yüzlərlə arı pətəyini cehiz qoşur, bu yolla yeni qurulan gənc ailəyə dəstək verirdilər. Elə indi də rayonda gənclər arasında arıçılığa maraq göstərənlər az deyil.

Masallı rayonunun Ərkivan qəsəbəsi sakini Asim İntiqam oğlu Quluyev “Obal” arıçılıq məkanında 8 hektar ərazidə 250-yə yaxın arı ailəsi bəsləyir. Özü də arıları yemləməkdə yonca, biyandan daha çox çiçəklərə üstünlük verir. Eyni zamanda sitrus meyvələri becərən, quşçuluq (müxtəlif növ toyuq, hind quşu, qaz, ördək), balıqçılıq təsərrüfatları da saxlayan Asim bəy daha prioritet hesab etdiyi arı təsərrüfatını genişləndirmək, bəslədiyi arı ailələrinin sayını artırmaq, məhsuldarlığı yüksəltmək, gələcəkdə nəinki yerli yarmarkalara, həm də xarici bazara məhsul çıxarmaq, arıçılıq təsərrüfatını aqroturizm məkanına çevirmək arzusundadır.


Asim Quliyev Avropa İttifaqının maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu və “Konstitusiya” Araşdırmalar Fondunun birgə həyata keçirdiyi “AgriVision” layihəsi çərçivəsində 27 yanvar 2022-ci il tarixində Bakı şəhərində keçirilən “Aqrar-turizm İnvestisiya Forumu”nda iştirak edib, kənd təsərrüfatı və turizmi yeni məhsul və xidmətlərdə birləşdirərək Azərbaycanın cənub bölgələrindəki kənd təsərrüfatlarına gəlirlərini artırmağa imkan yaradan davamlı, təkrarlana bilən inkişaf mexanizmləri barədə fikirlərini forum iştirakçıları ilə bölüşüb.

Həmçinin eyni “AgriVision” layihəsi çərçivəsində keçən ilin iyul ayının 5-10-da qardaş Türkiyənin İzmir şəhərində keçirilən təhsil turunda Lənkəran iqtisadi bölgəsindən seçilmiş aqrar/eko-turizm məntəqələrinin sahiblərindən biri kimi ölkəmizi təmsil etmiş Asim Quliyev orada 7-yə yaxın təsərrüfatda qonaq olmuş, yerli iş adamları, fermerlərlə fikir və təcrübə mübadilələri aparmışdır.

Gənc sahibkar qonşu Gürcüstanın Batumi şəhərində “EXPO BATUMI TRAVEL beynəlxalq turizm sərgisində də Azərbaycanı təmsil edən nümayəndə heyətinin tərkibində iştirak edib və qonaq olduğu Acarıstanın turizm potensialı ilə tanış olaraq xeyli təcrübə əxz edib.


Lakin Asim Quliyevin təsərrüfatının yerləşdiyi ərazi ilə qəsəbə mərkəzini əlaqələndirən torpaq yol yayda toz-torpaq, qışda palçıq səbəbilə istifadəçilərinə çətinlik yaradır. Müraciət etdiyi qəsəbə hakimiyyəti – Masallı RİH-nin qəsəbə üzrə nümayəndəliyi və Ərkivan bələdiyyəsi daxili imkanları hesabına bu problemi həll etmək gücündə deyillər. Ona görə də Asim Quliyev KİV tribunasından istifadə edərək əlaqədar qurumlardan bu problemin həllinə köməklik göstərməyi xahiş edir.

 Redaksiya olaraq biz də ümid edirik ki, Masallı Rayon İcra Hakimiyyətinin yeni təyin olunmuş başçısı cənab Araz Əhmədov, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin və digər aidiyyəti qurumların rəhbərləri sözügedən məsələyə həssas yanaşacaqlar.

Mehman Ziyadov

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar