Xəbər lenti
09/05/2025 [18:10]
POLİSƏ TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

“Həmin qətnamə qəbul olunsa, Fransa ilə diplomatik əlaqələri kəsməliyik”

Baxılıb: 721     Tarix: 14-10-2022 11:21   

“Fransa Prezidenti Azərbaycan əleyhinə açıqlamasında qeyd edir ki, onu heç kim neft və qazla ala bilməz. Mənsə deyirəm ki, vicdanlı, ədalətli, satılmayan adam işğalçı Ermənistanın şeypuruna, tütəyinə çevrilməz”.
Qanunvehedef.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Qüdrət Həsənquluyev bildirib
Millət vəkilinin sözlərinə görə, Azərbaycan dövlətinin 20%-i 30 il işğal altında olanda heç kim demədi ki, Ermənistan 1991-ci ildə olan sərhədlərə qayıtmalıdır: “10 noyabr 2020-ci ildə imzalanan  üçtərəfli bəyanatdan sonra Ermənistana Azərbaycanla sülh sazişi imzalanması üçün, Azərbaycanın ərazi bütövlüyünün tanınması üçün təzyiq göstərilsəydi, 13-14 sentyabrda Ermənistanın təxribatı da baş verməzdi. Bunlara görə, Ermənistana vicdansız dəstəyinə görə Fransa birbaşa məsuliyyət daşıyır”.
Deputat qeyd edib ki, Fransa Parlamentində noyabrın 15-də Azərbaycan əleyhinə qətnamə qəbul olunarsa, Azərbaycan Fransa ilə diplomatik əlaqələri kəsməli, səfiri geri çağırmalıdır.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar