Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Putin Makronun Qarabağla bağlı açıqlamalarına CAVAB VERDİ

Baxılıb: 970     Tarix: 14-10-2022 13:09   

Rusiya Prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel Makronun Qarabağla bağlı açıqlamalarını "yanlış və qəbuledilməz" adlandırıb.
BAKU.WS TASS-a istinadla xəbər verir ki, bu barədə Vladimir Putin Qazaxıstanın paytaxtı Astanada keçirilən MDB Dövlət Başçıları Şurasının sammitində bildirib.
Çıxışı zamanı Rusiya lideri bildirib ki, dünən Fransa liderinin bəzi şərhlərini oxuyanda təəccüblənib.
"Hesab edirəm ki, onların münaqişənin gedişatından anlayışları yoxdur" deyən Putin əlavə edib ki, görünür, Makron tərəflərin mövqeyi barədə məlumatsızdır:
"Ona görə də, onlar (Fransa prezidentinin bəyanatları - red.) yanlış səslənib, hətta deyərdim ki, təhrif olunub, ona görə də qəbuledilməzdir".
"Fürsət olsa, biz bunu Fransa prezidenti ilə müzakirə edəcəyik", - deyə Rusiya lideri bildirib.
V.Putin vurğulayıb ki, Rusiya istənilən münaqişəni səmimi şəkildə həll etməyə çalışıb.
Xatırladaq ki, Fransa Prezidenti Emmanuel Makron Rusiyanı Cənubi Qafqazda pozuculuq fəaliyyətində, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında əməli addım atmamaqda ittiham etmişdi.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar