Xəbər lenti
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

“Dərmanlarımı Türkiyədən gətizdirirəm, 7-8 dəfə fərq var”

Baxılıb: 831     Tarix: 03-11-2022 13:05   

“Qiymət artımı ən çox dərman qiymətlərində hiss olunur. Baxmayaraq ki, bu qiymətlər dövlət tərəfindən tənzimlənir”.
Qanunvehedef.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Vahid Əhmədov bildirib.
“Mən dərmanlarımı Türkiyədən gətizdirirəm. Türkiyədə və burda olan dərmanların qiymətin 7-8 dəfə fərq var. Mən başa düşürəm yol, daşıma xərcləri var. Lakin fərq bu qədər olmamlıdır0 Bu əhalini ən çox narahat edən problemdir” - deyə Vahid Əhmədov vildirib.
Bundan başqa, deputat banklarda kredit faizlərinin yüksək olmasından gileylənib: “Niyə Azərbaycanda investisiya fondları yoxdur? Bunun səbəbi nədir? Mərkəzi Bankın bankalara verdiyi pulun faizlərinə baxmaq lazımdır? Niyə biz sahibkaralara 20%-lə kredit verməliyik?”.
O, həmçinin 50 min manata kredit almağa görə girov məsələsinin sadələşdirilməsini təklif edib: “Bank sahəsində problemdən biri girov məsələsidir. Sahibkarlar 5 il müddətində girovla kredit  götürürlər. Bəs sahibkar 5 il nə etsin?! Bu kredit məsələsini həll etmək lazımdır. Rayonlarda hamı istəyir taxıl əksin. Amma adamların vəsaiti yoxdur”.шаблоны для dle 11.2



Ən çox oxunanlar