Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

“Qarabağ mövzusunda Fransanın Türkiyənin cəhdlərinə dəstək verməsini gözləyirik” - Fəxrəddin Altun

Baxılıb: 566     Tarix: 20-12-2022 11:43   

"Rəsmi Ankara, Qarabağ mövzusunda Fransanın Türkiyənin cəhdlərinə dəstək verməsini gözləyir".
“Report”un Ankara bürosunun xəbərinə görə, bunu Türkiyə Prezidenti Adminstrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun Ankarada Türkiyə-Fransa münasibətləri ilə əlaqədar keçirilən paneldə çıxış edərkən deyib.
“Bunu bütün açıqlığı ilə ifadə etmək istəyirəm ki, Qarabağ beynəlxalq hüquqa görə, Azərbaycan torpağıdır. Qarabağ probleminin yeni bir münaqişəyə çevrilməməsi hər kəsin xeyrinədir, region ölkələri daxil, qlobal sülh üçün vacibdir”, - o vurğulayıb.
F.Altun bildirib ki, bu məsələdə rol oynayan bütün ölkələrin Azərbaycanın Qarabağ zəfərini qəbul etməsi və siyasətini dəstəkləməsi faktı vacib amildir: “Fransadan da bu məsələdə Türkiyənin cəhdlərinə dəstək verməsini gözləyirik”

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar