Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

“Baş verənlərin, proseslərin böyük əksəriyyəti gizlədilir”

Baxılıb: 676     Tarix: 20-12-2022 12:45   

“Biz narkomanların böyük əksəriyyətini kriminal hadisə kimi qiymətləndirərək onları həbsxanaya göndəririk. Çünki müalicə mərkəzləri yoxdur”. 
Qanunvehedef.az xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı deputat Fazil Mustafa bildirib.
Fazil Mustafa eyni zamanda qeyd edib ki, Azərbaycanda məişət zorakılığına məruz qalmış insanlar üçün də lazımı səviyyədə yardım mərkəzləri yoxdur: “Avropa ölkələri ilə müqayisədə, bizdən əhalisi qat-qat az olan ölkələrdə sığınacaqların sayı 300-500-ü keçir. Azərbaycanda isə cəmi iki sığınacaq yaradılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyinin nizamnaməsində qeyd olunur ki, onlar bu işi təşkil etməlidirlər. Lakin biz bu işin effektiv təşkil olunduğunu görmürük. Bakıda, Zabrat qəsəbəsində bir reabilitasiya mərkəzi yaradılıb. Bu isə o anlama gəlir ki, baş verənlərin, proseslərin böyük əksəriyyəti gizlədilir”.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar