Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

“Tərəflər danışıqlara sadiqdir” - Ağ Ev

Baxılıb: 465     Tarix: 23-12-2022 10:36   

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanla Ermənistanla sülh müqaviləsi üzrə danışıqları müzakirə edib.
“Qafqazinfo”nun məlumatına görə, Ağ Evin Mətbuat xidməti sözügedən telefon danışığı ilə bağlı məlumat yayıb.
Bildirilir ki, Ceyk Sallivan ayrılıqda Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla telefonla danışıb.
“Tərəflər sülh sazişinə nail olmaq məqsədilə danışıqlara sadiq olduqlarını təsdiq ediblər. Ceyk Sallivan tərəfləri gələcəkdə mehriban qonşuluq münasibətlərinin təməli ola biləcək addımları nəzərdən keçirməyə çağırıb”, - deyə məlumatda qeyd olunub.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar