Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

“Bunlar Putinə qarşı təhdiddir” - Lavrov

Baxılıb: 627     Tarix: 27-12-2022 10:28   

“ABŞ Müdafiə Nazirliyinin nümayəndələrinin bəzi açıqlamalarını Rusiya və ölkə Prezidenti Vladimir Putinə qarşı təhdid olaraq qiymətləndirmək olar”.
Qanunvehedef.az xəbər verir ki, bu fikirləri TASS-a müsahibəsində Rusiyanın XİN rəhbəri Sergey Lavrov səsləndirib.
Onun sözlərinə görə, Pentaqonun bəzi “adı açıqlanmayan rəsmi şəxsləri” faktiki olaraq Kremlə ölkə rəhbərini aradan götürməyə yönələn zərbə endirməklə bağlı təhdidlər səsləndirib: “Mahiyyət etibarilə, burada söhbət Rusiyanın dövlət başçısının fikizi olaraq aradan götürülməsi ilə bağlı təhdidlərdən gedir”.
Qeyd edək ki, sentyabrın sonunda “Newsweek” jurnalında nəşr olunan məqalədə müəlliflər hərbi mənbəyə istinadən qeyd ediblər ki, ABŞ Rusiyanın nüvə silahından istifadə etməsi halında mümkün cavab variantlarını nəzərdən keçirir. Mənbələrdən biri bu variantlar sırasında Kremlə sözügedən zərbəni endirməyi nəzərdə tutub.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar