Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Müxalifət Ərdoğanın bu qərarını alqışladı

Baxılıb: 1 280     Tarix: 29-12-2022 10:29   

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “EYT” (emeklilikte yaşa takılanlar) – pensiyaya çıxmaq üçün yaş məhdudiyyəti ilə üzləşən şəxslər məsələsi ilə bağlı yeni açıqlama verib. 
Qanunvehedef.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, açıqlamaya görə, Türkiyədə pensiya hüququndan istifadə üçün yaş məhdudiyyəti tətbiq edilməyəcək.
O bildirib ki, təqribən daha 2 milyon 250 min ölkə vətəndaşı pensiyaya çıxmaq hüququna nail olub.
Ərdoğanın bu açıqlaması ölkə ictimaiyyəti, xüsusilə də müxalifət nümayəndələri arasında müsbət qarşılanıb.

Belə ki, Türkiyənin “İYİ” partiyasının rəhbəri Meral Akşener öz tviter hesabında ölkə liderinin bu qərarı ilə bağlı paylaşım edərək bildirib: “Bizə bax belə gəl, cənab Ərdoğan. Siyasi rəqabəti xidmətlə apar ki, fayda görən millətimiz olsun. Edilən dəyişiklik EYT-li qardaş və bacılarıma xeyirli olsun. Növbədə pensiyanı minimum əməkhaqqı səviyyəsinə qaldırmaq var. Bizdən əvvəl edin də, görək”.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar