Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

“Bərdə - Çörək” ASC xalqımızı Novruz Bayramı münasibəti ilə təbrik edir

Baxılıb: 905     Tarix: 16-03-2023 11:25   
 
 40 il əvvəl Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə tikilib istifadəyə verilən “Bərdə-Çörək” ASC “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”na uyğun olaraq yenidən qurularaq, müasir avadanlıqlarla təchiz edilib. Müəssisə Bərdə və ətraf rayonların əhalisinin yüksək keyfiyyətli çörəklə təmin edilməsində mühüm rol oynayır.

Zavodun 44 günlük Vətən müharibəsində xalqımızı, istər arxa cəbhəni, istərsə də ön cəbhəni  yüksək səviyyədə çörəklə təmin etməsi bütün bərdəlilərin rəğbətinə səbəb olub. Onların gərgin və yorulmaz əmək hesabına həyata keçirdikləri bu xidməti hamı məmnunluq hissi ilə xatırlayır. “Bərdə-Çörək”ASC kollektivinin vətən və xalq qarşısındakı xidmətləri dövlətimiz tərəfindən də yüksək qiymətləndirilib. “Bərdə-Çörək” ASC-nin idarə heyətinin sədri, iqtisadiyyat üzrə fəlsəfə doktoru, YAP Bərdə rayon təşkilatı İdarə heyətin üzvü Məhərrəm Şəfiyev Vətən Müharibəsi zamanı vətəndaşlıq borcunu layiqincə yerinə yetirərək Azərbaycan Ordusuna göstərdiyi maddi və mənəvi dəstəyə,  qayğıya və diqqətə görə Azərbaycan Respublikasının Müdafiə Naziri general-polkovnik Zakir Həsənov və 1-ci Ordu Korpus Komandiri  general - mayor  Hikmət Həsənov tərəfindən Fəxri fərmanla təltif edilib.

Cənab Məhərrəm Şəfiyev KİV-in tribunasından xalqımızı Novruz bayramı münasibətilə təbrik etmiş, hər bir azərbaycanlı ailəsinə xoşbəxtlik arzulamışdır:

- Novruz bayramı Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüz bərabərliyi günündə (martın 20-si, 21-i və ya 22-sində) keçirilir. Bir sıra xalqlar ta qədimdən yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlamış, bu münasibətlə şənliklər keçirmiş, onu yeni ilin başlanğıcı kimi bayram etmişlər. Qədim zamanlardan başlayaraq Azərbaycan, İran, Əfqanıstan, Tacikistan, Özbəkistanda və bir çox Şərq ölkələrində baharın – yeni ilin gəlişini şənliklərlə qarşılayırlar. 2009-cu il sentyabrın 30-da Novruz YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i Beynəlxalq Novruz Günü elan edilmişdir.

Nüfuzlu iş adamının sözlərinə görə, Novruz Azərbaycan xalqının zəngin maddi və mənəvi dəyərlərinin mühüm bir hissəsini özündə ehtiva edən böyük mədəniyyət hadisəsidir:

-  Müasir dövrümüz üçün bu bir milli bayramdır. Bu bayrama tarixi inkişaf boyunca baxdığımız zaman onun qədim mədəni köklərə və mənəvi qaynaqlara bağlı olduğunu görürük. “Novruz” – hərfi mənada “yeni gün” deməkdir. Amma ifadə etdiyi mərasim semantikasına görə keçidin bitməsi və yeni nizamın başlanğıcıdır. Novruza Bozqurd, Çağan, Ergenekon, Nevruz, Sultan Nevruz, Mart Doqquzu, Novruz və s. də deyilmişdir. “Novruz” anlayışı bəzi deyiliş fərqlərilə bir çox türk xalqlarının dillərində işlənməkdədir. Novruz haqqında məlumatlara Ömər Xəyyamın “Novruznamə”, Nizamülmülkün “Siyasətnamə”, Nizami Gəncəvinin “İsgəndərnamə” və b. əsərlərində rast gəlirik. Sovet hakimiyyəti illərində Novruz bayramının keçirilməsinə sərt qadağalar qoyulsa da, xalqımız bu əziz bayramı həmişə qeyd etməyə can atmışdır. Azərbaycana rəhbərliyinin birinci dövründə ulu öndər Heydər Əliyev sovet hakimiyyətinin qadağalarına baxmayaraq, milli ruhun yüksəlişinə təkan verən amillərə xüsusi hörmətlə yanaşmışdır.  Təbiət bayramı – Novruzun ölkəmizdə dövlət səviyyəsində qeyd edilməsi həm də ulu əcdadlarımızın xatirəsinə dərin ehtiramın əlamətidir. Bu, keçmişimizi bu günümüzlə bağlamaq, onu qoruyaraq gələcəyə aparmaq deməkdir. Novruzu milli mənəvi dəyərlərimizin təcəssümü adlandıran Prezident İlham Əliyevin hər il bayram şənliklərinə qatılması, əhali ilə bayramlaşması, Bakının qədim meydanındakı tonqalı alovlandırması bayram ovqatını daha da artırmaqla yanaşı, xalqla iqtidar arasında sıx vəhdəti də sübut edir.

“Qanun və Hədəf”шаблоны для dle 11.2



Ən çox oxunanlar