“Bir daha bəyan edildi ki, daxili işlərimizi heç bir ölkə ilə müzakirə etməyəcəyik”
Baxılıb: 377 Tarix: 19-04-2023 11:57
“İqtisadi tərəqqi ölkəmizin hərtərəfli inkişafının əsasıdır. İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı gündən Azərbaycanı Ulu Öndər Heydər Əliyevin formalaşdırdığı möhkəm təməl üzərində uğurla inkişaf etdirərək qarşıda geniş imkanların mövcud olduğunu bildirdi. İqtisadi artımın qeyri-neft sektorunun hesabına olması qarşıya qoyulan əsas hədəflər sırasında idi".
Qanunvehedef.az “Qafqazinfo” istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.
"Bunun üçün regionların malik olduğu potensialdan səmərəli istifadə etmək üçün Regional inkişaf proqramı təsdiqləndi və uğurlu icrası növbəti sənədlərin qəbulunu zərurətə çevirdi. Dövlət başçısı İlham Əliyevin regionlara hər bir səfəri hədəflərə hansı səviyyədə nail olduğumuza, verilən tapşırıqların icrasına işıq salır. Bu baxımdan dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın aprelin 18-də Neftçala və Salyan rayonlarına səfəri, eyni zamanda, səfər çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsi Regional inkişaf proqramlarının uğurlu icrasının təqdimatı oldu", - deputat qeyd edib.
Malik Həsənov qeyd edib ki, dövlət başçısı İlham Əliyevin regionlara hər bir səfəri yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır.
Deputat onu da vurğulayıb ki, Azərbaycan ilklərə imza atır, daim yeniliklərə, təkmilləşməyə üstünlük verir.
“İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsi Ermənistana və ona havadarlıq edən dövlətlərə mesajları ilə zəngindir. Bir daha bəyan edildi ki, daxili işlərimizi heç bir ölkə ilə müzakirə etməyəcəyik. Qarabağ bizim daxili işimizdir. Qarabağda yaşayan ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul etməli, ya da özləri üçün başqa yaşayış yeri tapmalıdırlar. Niyyətimiz ondan ibarətdir ki, tezliklə sülh müqaviləsi imzalansın, Azərbaycanla Ermənistan arasında bu qarşıdurmaya son qoyulsun”.
Ən çox oxunanlar
Son xəbərlər