Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Ərdoğan xarici ölkələrdəki seçicilərə müraciət etdi

Baxılıb: 681     Tarix: 19-05-2023 11:43   

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan prezident seçkilərinin II turunda xarici ölkələrdə səs verəcək seçicilərə müraciət edib.
Qanunvehedef.az xəbər verir ki, Ərdoğan bu barədə öz tviter hesabında paylaşım edib.
Türkiyə lideri xarici ölkələrdə və sərhəd məntəqələrində səsvermənin sabah başlayacağını xatırladaraq deyib: “Sizdən demokratik hüququnuzdan istifadə etməyinizi xahiş edirəm. İradənizə daha bir dəfə də güclü şəkildə sahib çıxmağınızı gözləyirəm”.
Xatırladaq ki, mayın 28-i Türkiyədə prezident seçkilərinin II turu baş tutacaq. Bununla bağlı ölkənin Azərbaycandakı səfirliyində 9 seçki qutusu quraşdırılacaq. Səsvermənin başlayacağı gün, yəni mayın 20-si səfirlikdə 4, mayın 21-i 4, mayın 22-si isə 1 seçki qutusu təşkil ediləcək.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar