Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Mediasiya Şurası 3 429 barışıq sazişinin əldə olunduğunu açıqlayıb

Baxılıb: 563     Tarix: 19-05-2023 12:23   

Ölkəmizdə bəzən populist şəxslər tərəfindən belə bir fikir ifadə olunur ki, bizdə mediasiya sahəsi inkişaf etməyəcək, bu proses alınmayacaq. Amma təcrübə göstərir ki, ölkəmizdə kifayət qədər peşəkar mediatorlarımız var.
Qanunvehedef.az xəbər verir ki, bunu Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov "Nikahın xitamı ilə bağlı ailə qanunvericiliyinin tətbiqi sahəsində mövcud vəziyyət" mövzusunda keçirilən konfransda deyib.
"Çox sevindirici haldır ki, 2022-ci ilin yanvar-dekabr aylarında mediasiya müraciətinin 956-sı könüllü olub. Ümumilikdə 3 429 barışıq sazişi olub, baxmayaraq ki, Avropa ekspertləri bu rəqəmləri yeni başlayan təşkilat üçün yüksək qiymətləndirir, sözün düzü, bu rəqəm bizi qane etmir. Bu ilin statistikasına əsasən, 891 könüllü müraciət daxil olub, bu da çox sevindirici haldır ki, tərəflər öz problemlərini mediasiyada həll etmək istəyiblər.
Ən böyük uğurumuz ondan ibarətdir ki, ötən ilin bizim 11-15 faizlik barışıq sazişlərimiz var idisə, bu il bu rəqəm 30 faiz təşkil edir. İmzalanan barışıq sazişlərimizin sayı isə 2 913-dür", - o əlavə edib.

Qanunvehedef.azшаблоны для dle 11.2



Buy yes2win blackhat skill google seo ranking