Xəbər lenti
Arxiv
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

İsraildə ilk dəfə Azərbaycanın Müstəqillik Günü qeyd olundu - Fotolar

Baxılıb: 513     Tarix: 25-05-2023 11:58   

Azərbaycanın İsraildəki Səfirliyi tərəfindən İsraildə ilk dəfə olaraq Müstəqillik Günü münasibətilə rəsmi tədbir keçirilib.
Səfirlikdən “Qafqazinfo”ya verilən məlumata görə, tədbirdə İsrailin kəşfiyyat naziri Gila Qamliel, Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayev, İsrail Parlamentində İsrail-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Vladimir Beliak, Knessetin digər üzvləri, Müdafiə Nazirliyinin baş direktoru Eyal Zamir və digər yüksəkvəzifəli şəxslər iştirak edib.
Tədbir Azərbaycan və İsrail himnlərinin səsləndirilməsi ilə başlayıb.
Tədbiri giriş sözü ilə açan Azərbaycanın İsraildə fövqəladə və səlahiyyətli səfiri Muxtar Məmmədov iki ölkə arasında diplomatik münasibətlərin qurulmasından bəri ilk dəfə olaraq İsraildə Müstəqillik Günü ilə bağlı rəsmi tədbirin keçirildiyini diqqətə çatdırıb.
Daha sonra İsrail Hökuməti adından çıxış edən kəşfiyyat naziri Gila Qamliel iki ölkə arasında münasibətlərin qarşılıqlı hörmət və etimad üzərində qurulduğunu vurğulayıb.
Qeyd edək ki, bu il martın 29-u Azərbaycan və İsrail xarici işlər nazirləri Ceyhun Bayramovla Eli Kohenin iştirakı ilə Azərbaycanın İsraildə Səfirliyinin açılış mərasimi keçirilib.







Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar