Xəbər lenti
18/04/2024 [12:35]
Sabah 30° isti olacaq
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Jurnalist Əbdülqəni Hüseynovun növbəti uğuru

Baxılıb: 8 127     Tarix: 25-05-2023 12:17   
 
İnformasiyanın təqdimində dəqiq və qərəzsiz olmaq, peşə etikasına əməl etmək, dövlətin, vətəndaşların şərəf və ləyaqətinə hörmətlə yanaşmaq prinsipləri jurnalistin əsas vəzifələrinə daxildir. Əslində, beynəlxalq jurnalistika praktikasında informasiyanın qiyməti və keyfiyyəti jurnalistin öz peşəsi ilə məşğul olduğu zaman həmin postulatlara necə əməl etməsilə ölçülür. Peşəkar, dəqiq, qərəzsiz, operativ, cəsarətli, çevik, vicdanlı və s. kimi yaradıcılıq prinsiplərini əks etdirən və ilk baxışda sadə görünən bu sözlərin sırada yerini dəyişmək olar. Ancaq onların ifadə etdiyi məzmunu dəyişmək mümkün deyil. Çünki bu sözlərdə jurnalistin peşəkarlıq, müasirlik, təsiretmə və hətta, dünya düzənini dəyişmə imkanı ifadə olunur. Yeni əsr jurnalistlərdən maksimum peşəkarlıq tələb edir. Böyük peşəkar olmağın yolları isə öyrənməkdən, təcrübədən keçir.
Bütün bu sadalanan tələblərə cavab verən jurnalistlərdən biri də haqqında söz açdığımız Əbdülqəni Hüseynovdur.
Hüseynov Əbdülqəni Əbdülağa oğlu 31 yanvar 1964-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Hələ gənc yaşlarından dövri mətbuatda müxtəlif səpkili məqalələrlə çıxış edir. Hazırda “Qanun və Hədəf” beynəlxalq ictimai-siyasi hüquq qəzetində şöbə müdiri vəzifəsində işləyir.
Ölkənin ictimai-siyasi, sosial-iqtisadi həyatında baş verən hadisələrə, dövlətimizin rəhbərliyi tərəfindən aparılan mütərəqqi islahatlara cəmiyyətin, ictimaiyyətin münasibətini öyrənib oxucuları ilə paylaşmaq Əbdülqəni Hüseynovun jurnalistika fəaliyyətində mühüm istiqamət təşkil edir.
Ədəbi ictimaiyyət, jurnalist birlikləri Əbdülqəni Hüseynovun yaradıcılığına yüksək dəyər vermiş, onu müxtəlif media və ədəbi mükafatlara layiq görmüş, fəxri adlarla təltif etmişdir. Əbdülqəni Hüseynov jurnalist fəaliyyətində əldə etdiyi uğurlu nəticələrə, peşə etikasının tələblərinə riayət etdiyinə, seçdiyi mövzulara yanaşmada obyektiv, qərəzsiz mövqeyinə görə “Qanun və Hədəf” qəzetinin Fəxri Diplomuna layiq görülmüşdür.
Əbdülqəni müəllimə möhkəm can sağlığı, peşə fəaliyyətində, ədəbi yaradıcılığında yeni-yeni müvəffəqiyyətlər, tükənməz təsir bağışlayan enerjisini daim qoruyub saxlaya bilməsini arzulayırıq.

“Qanun və Hədəf”
шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar