“Kılıçdaroğlu məğlub oldu, Türkiyə qazandı”
Baxılıb: 480 Tarix: 30-05-2023 10:54
“Bu gün müzakirə etdiyimiz “Türk İnvestisiya Fondunun yaradılması haqqında” Sazişin təsdiq edilməsi Türk Dövlətləri Təşkilatının üzvləri arasındakı iqtisadi inkişafa töhfə verəcək mühüm məsələdir”.
Qanunvehedef.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Kamal Cəfərov bildirib.
Deputat hesab edir ki, bu məqamda bir qədər geriyə baxıb, Türk Dövlətləri Təşkilatının yenidən şəkilləndirilməsinin zərurətinə siyasi qiymət verməliyik:
“Türk Dövlətləri Təşkilatının adı və hədəfləri məhz Şuşa bəyannaməsindən sonra dəyişdi. Çünki Şuşa bəyannaməsi iki türk dövləti necə əməkdaşlıq etməlidir, hansı sahələr üzrə əməkdaşlıq etməlidir və əməkdaşlıq hansı səviyyədə olmalıdır, onu müəyyən etdi. Məhz ondan sonra türk dövlətləri arasındakı əlaqələr yeni səviyyəyə keçid aldı və yeni hədəflər müəyyən edildi. Hədəf türk dövlətləri arasındakı iqtisadi rifahı iki qatına qaldırmaq və digər regional konfiqurasiyalarla əlaqələri zənginləşdirməkdir.
Bu gün böyük fəxr hissi ilə demək olar ki, türk dövlətləri arasında əməkdaşlığı yeni səviyyəyə çatdıran və bu dövlətlər arasında Avropa ilə ən yüksək əməkdaşlığa nail olmuş yeganə lider Azərbaycan Prezidenti İlham Əliyevdir.
500 milyon dollar kapitalı olan və məqsədi türk dünyası arasında ticarətin təşviqinə dəstək vermək olan “Türk İnvestisiya Fondunun yaradılması haqqında Sazişin” bu günlərdə Azərbaycan parlamenti tərəfindən təsdiq edilməsinin xüsusi rəmzi mənası var. Çünki bir neçə gün öncə Türkiyədə keçirilən seçkinin nəticəsi bu təşkilatının gələcəyini şərtləndirən təməllərdən biri idi”.
K.Cəfərov qeyd edib ki, 28 may seçkilərində müdrik türk xalqı öz siyasi müqədərratını təyin etdi:
“Qardaşlarımız təkcə Türkiyənin deyil, türk dünyasının inkişafına səs verdi.
28 may seçkiləri nəticəsində:
- PKK/FETÖ terror təşkilatları məğlub oldu, Mehmetçik və Bayraktar qalib gəldi;
- Zəlzələyə sevinib, ondan siyasi mənfəət güdənlər məğlub oldu, zəlzələdən əziyyət çəkənlər qalib gəldi;
- Qeyri-əxlaqi dəyərlər məğlub oldu, ailə dəyərləri qalib gəldi,
- Türkiyəni bölməyə çalışanlar, bölücülük və illət məğlub oldu, türk milləti qazandı;
- Mənfəət uğruna birləşən ittifaq məğlub oldu, ali dəyərlər uğrunda savaşan Cumhur ittifaqı qazandı;
- Kılıçdaroğlu məğlub oldu, Türkiyə qazandı;
- Türkiyəyə qarşı cəbhə alan hər kəs məğlub oldu, Reis qazandı, iştirak etdiyi bütün seçkilərdə qalib oldu, nəticədə türk dünyası qazandı, həmişə də qazanacaq.
Əlbətdə yaxşı gündə əsl dost, əsl qardaş ən az onun qədər sevinəndir. Azərbaycan xalqı da, dövləti də seçkiləri yaxından izləyirdi,biz türk millətinin qələbəsinə inanırdıq.
Təsadüfi deyil ki, seçkilərin birinci turunda da, ikinci turunda da həmkarına ilk zəng edən, təbrik edən Prezident İlham Əliyev oldu.
“Bir Millət, İki Dövlət” anlayışını sözün əsl mənasında sübut edən, Türkiyə və Azərbaycan arasındakı münasibətləri “Bir Yumruq” zirvəsinə çatdırmağı bacaran Azərbaycan Prezidenti İlham Əliyev də bütün dünyaya əsl qardaş, etibarlı dost necə olmalıdır, onu bir daha sübut etdi”.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər