Xəbər lenti
Arxiv
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

İsrail Prezidentinin rəsmi qarşılanma mərasimi oldu

Baxılıb: 775     Tarix: 30-05-2023 12:22   

Azərbaycana rəsmi səfərə gələn İsrail Dövlətinin Prezidenti İshak Hersoqun mayın 30-da rəsmi qarşılanma mərasimi olub.
Qanunvehedef.az xəbər verir ki, hər iki ölkənin Dövlət Bayraqlarının dalğalandığı meydanda İsrail Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İsrail Dövlətinin Prezidenti İshak Hersoqu və birinci xanım Mixal Hersoqu qarşılayıblar.
Fəxri qarovul dəstəsinin rəisi İsrail Prezidentinə raport verib.
Prezident İsxak Hersoq Azərbaycan əsgərlərini salamlayıb.
Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
İsrail Dövlətinin və Azərbaycan Respublikasının Dövlət Himnləri səsləndirilib.
Azərbaycan nümayəndə heyətinin üzvləri İsrail Prezidenti İshak Hersoqa və xanımı Mixal Hersoqa, İsrail nümayəndə heyəti isə Azərbaycan Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təqdim olunub.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və İsrail Prezidenti İshak Hersoqun qarşısından keçib.
Dövlət başçıları rəsmi foto çəkdiriblər.

Qanunvehedef.azшаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar