Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Aytmatovun Bakıda qoyulacaq abidəsi ilə bağlı müsabiqə elan edildi

Baxılıb: 669     Tarix: 05-06-2023 12:03   

Mədəniyyət Nazirliyi Türk dünyasının görkəmli nümayəndəsi, Qırğızıstanın Xalq yazıçısı Çingiz Aytmatovun xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində ucaldılacaq abidəsinin eskiz-layihələrinin hazırlanması üçün heykəltaraşlar arasında açıq müsabiqə elan edir.
Qanunvehedef.az xəbər verir ki, müsabiqə 15 iyun – 31 iyul 2023-cü il tarixlərində keçiriləcək.
Eskiz layihələr Mədəniyyət Nazirliyinin “Heykəltaraşlıq abidələrinin, xatirə-memorial və memarlıq komplekslərinin ucaldılması və demontajı üzrə Ekspert komissiyası”nın üzvləri tərəfindən qiymətləndiriləcək.
Layihələrin müzakirəsi qapalı şəraitdə keçiriləcək.
Xatırladaq ki, Qırğızıstanın Azərbaycandakı eks-səfiri Kayrat Osmonaliyev 2021-ci ildə verdiyi açıqlamada Ç. Aytmatovun heykəlinin 2022-ci ildə qoyulacağını desə də, bu, baş tutmamışdı.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar