Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Emin Əmrullayev məzunları "Son zəng" münasibətilə təbrik edib

Baxılıb: 800     Tarix: 14-06-2023 13:15   

Elm və təhsil naziri Emin Əmrullayev məzunları "Son zəng" münasibətilə təbrik edib.
Qanunvehedef.az xəbər verir ki, Emin Əmrullayev sosial media hesabında paylaşım edib.
"Tədris ilimizə Ağalı kənd tam orta məktəbində ilk zənglə başladıq. Ardınca isə Talış və Suqovuşan kənd tam orta məktəbləri istifadəyə verildi.
Bu gün Azərbaycanın bütün bölgələrində yerləşən ümumi təhsil müəssisələrində "Son zəng" - çalınır.
Bu əlamətdar gündə Naxçıvanda ulu öndər Heydər Əliyevin adını daşıyan məktəbdən ölkə üzrə məzun olan 98 649 şagirdimizin hər birini təbrik edir, gələcək həyatlarında uğurlar arzulayıram.
Gününüz mübarək, əziz məzunlar! " ,- deyə nazir vurğulayıb.
Qeyd edək ki, "Son zəng" Azərbaycanın ümumtəhsil məktəblərində hər il iyunun 14-də qeyd edilən bayram, məktəbin qurtardığı gündür. Son zəng SSRİ dövründə və dövlət müstəqilliyinin bərpasından sonra 2005-ci ilə qədər mayın 25-i, 2005-ci ildən 2016-cı ilə qədər isə mayın 31-də qeyd olunub.

Əbdülqəni Hüseyinov



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar