Xəbər lenti
Arxiv
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Məcnun Məmmədovla görüşün vaxtı dəyişdirildi

Baxılıb: 714     Tarix: 16-06-2023 11:06   

Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun Göygöldə keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.
Qanunvehedef.az xəbər verir ki, vətəndaş qəbulu iyunun 20-də, saat 09:00-da Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında keçiriləcək. Nazir Məcnun Məmmədov qeyd olunan tarixdə Göygöl və Daşkəsən rayonlarından olan vətəndaşları qəbul edəcək.
Qəbul zamanı vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Vətəndaş qəbulunda iştirak etmək istəyənlər Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinə (055-210-93-99) müraciət edə bilərlər.
Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar.
Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

Qanunvehedef.azшаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar