Xəbər lenti
04/09/2026 [14:38]
Sabah yağış yağacaq
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

“Deyirəm, mən zənglə problem həll edən deyiləm”

Baxılıb: 739     Tarix: 22-06-2023 13:41   

“Sahibkar əgər pulunu ödəyib tenderdə iştirak edir və haqsızlıq görürsə, bunu bildirməlidir”.
Qanunvehedef.az xəbər verir ki, bu fikirləri Antiinhisar və İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bildirib.
“Bizdə təəssüf ki hər xırda “hərəkət” edən sahibkar adlanır. Sahibkar işi, komandanı idarə etməli, danışığa getməyi bacarmalıdır. Bəzən öz dostlarımdan zəng gəlir ki, belə bir problemlə üzləşmişəm. Deyirəm, mən zənglə problem həll edən deyiləm, yazılı müraciət et. Bizdə, sanki, sahibkarlar yazılı müraciət etməyə çəkinirlər”, - deyə M.Abbasbəyli qeyd edib.
Xidmət rəisi vurğulayıb ki, problemlərin həll olunması üçün bütün dövlət təşkilatları öz işini vicdanla görməlidir: “Hər otağa kamera qoya bilmərik. Dövlət təşkilatında vicdansız tender komissiyası üzvü oturubsa, onu ifşa etmək çətin olur. Təşkilatlarda insanlar öz işini vicdanla yerinə yetirməyənə qədər problemlərin həlli yarımçıq olacaq”.

Qanunvehedef.az



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar