Xəbər lenti
04/09/2026 [14:38]
Sabah yağış yağacaq
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

“İlin sonundan daha tez razılığa gəlmək mümkündür”

Baxılıb: 966     Tarix: 23-06-2023 12:10   

“Azərbaycan Konstitusiyası və ölkənin iştirakçısı olduğu bir sıra beynəlxalq konvensiyalar Qarabağın erməni sakinlərinin hüquqlarını təmin etmək üçün bütün lazımi şəraiti təmin edir”.
Qanunvehedef.az xəbər verir ki, bunu Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramov “Reuters” agentliyinə açıqlamasında deyib.
Onun sözlərinə görə, Qarabağda yaşayan etnik ermənilər digər etnik və dini azlıqlar kimi Azərbaycan cəmiyyətinə və dövlət strukturlarına inteqrasiya edərlərsə, öz dillərindən istifadə edə, bu dildə təhsil ala və öz mədəniyyətlərini qoruyub saxlaya bilərlər.
Nazir, həmçinin iki ölkə arasında aparılan sülh danışıqlarına toxunub və bu məsələdə irəliləyişlərin olduğunu vurğulayıb. O bildirib ki, Ermənistan müəyyən addımlar atmağa hazır olsa, sülh sazişi əlçatandır: “Ermənistanın təkcə bəyanatlar vermək deyil, həm də praktiki addımlar atmaq iradəsi olarsa, düşünürəm ki, ilin sonundan daha tez razılığa gəlmək mümkündür. Lakin əgər Ermənistan real olaraq hazır deyilsə, bu daha sonra ola bilər”.

Qanunvehedef.az



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar