Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

İlham Əliyev Albaniya Prezidentini qarşıladı.

Baxılıb: 749     Tarix: 07-07-2023 11:37   

Azərbaycana rəsmi səfərə gələn Albaniya Prezidenti Bayram Beqayın iyulun 7-də rəsmi qarşılanma mərasimi olub.
Qanunvehedef.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Albaniya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidenti İlham Əliyev Albaniya Prezidenti Bayram Beqayı qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi Albaniya Prezidentinə raport verib.
Prezident Bayram Beqay Azərbaycan əsgərlərini salamlayıb.
Azərbaycan və Albaniya prezidentləri fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Albaniya və Azərbaycan Dövlət himnləri səsləndirilib.
Azərbaycan nümayəndə heyəti Albaniya Prezidentinə, Albaniya nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olunub.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Albaniya Prezidenti Bayram Beqayın qarşısından keçib.
 






Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar