Xəbər lenti
04/09/2026 [14:38]
Sabah yağış yağacaq
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Rusiya “Taxıl sazişi”ni dayandırdı

Baxılıb: 700     Tarix: 17-07-2023 14:17   

“Qara dəniz razılaşmaları bugünkü gün faktiki olaraq qüvvədən düşüb”.
Qanunvehedef.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.
“Rusiya Federasiyası Prezidentinin daha əvvəl dediyi kimi, bu müddət iyulun 17-də başa çatır. Təəssüf ki Qara dəniz razılaşmasında Rusiyaya aid olan hissə hələ də yerinə yetirilməyib”, - Peskov deyib.
““Taxıl sazişi” dayanıb. Rusiya hissəsi yerinə yetirildikdən sonra Rusiya tərəfi dərhal bu sazişin icrasına qayıdacaq”, - deyə mətbuat katibi əlavə edib.
Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə deyib ki, Rusiya rəsmi olaraq Türkiyə, Ukrayna və BMT Katibliyinə “Taxıl sazişi”nin uzadılmasına etirazını bildirib: “Yaxın vaxtlarda XİN-in bəyanatı Rusiya mövqeyinin ətraflı izahatları ilə dərc olunacaq”.



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar