Kəmaləddin Heydərov ermənilərin oğurladığı mahnısından danışdı
Baxılıb: 649 Tarix: 17-07-2023 14:28
Xəbər verdiyimiz kimi, ermənilər bu dəfə Xalq artisti Aygün Kazımovanın “Nigaranam” mahnısını oğurlayıblar. Tiqran Asatryan adlı ifaçı mahnını oxuyaraq “Andzrev” adı ilə yutub kanalında yerləşdirib. O, müəllifin adını isə qeyd etməyib.
Qanunvehedef.az-in məlumatına görə, məsələ ilə bağlı mahnının müəllifi, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Manset.az-a açıqlama verib. O, açıqlamasında fikirlərini belə ifadə edib:
“Onlar tək mahnı oğurlayırlar? Hər şeyi oğurlayırlar. Bu məsələ ilə bağlı heç bir hüquqi addım atmayacam. Onlar kimdir ki, biz onlara baş qoşaq”.
Qeyd edək ki, bəstənin sözləri Baba Vəziroğlu, musiqisi isə Kəmaləddin Heydərova məxsusdur. Mahnını, həmçinin Xalq artistləri Brilliant Dadaşova, Nəsibə Abdullayeva və başqaları oxuyublar. 2006-cı ildə A. Kazımova mahnıya yeni nəfəs verərək remiks versiyasını Türkiyədə keçirilən “The Best Model Of The World” dünya gözəllik müsabiqəsində dinləyicilərə təqdim edib.
Ən çox oxunanlar
Son xəbərlər