Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Nazir icra başçısının oğluna yüksək vəzifə verdi - FOTO

Baxılıb: 719     Tarix: 19-07-2023 12:34   

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun oğlu Seymur Qaraşova yüksək vəzifə verib.
"Qaynarinfo"nun əldə etdiyi məlumata görə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə polkovnik Seymur Qaraşov Fövqəladə halların xəbərdar edilməsi və daxili təhlükəsizlik Baş İdarəsinin rəisi təyin edilib.


Seymur Qaraşov
Baş İdarənin bundan əvvəlki rəisi, polkovnik Sahib Əliyev vəzifəsindən azad olunaraq, sərəncama götürülüb.
Qeyd edək ki, bir neçə gün əvvəl Seymur Qaraşov Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəis müavini vəzifəsindən azad olunaraq, nazirliyin Fövqəladə halların xəbərdar edilməsi və daxili təhlükəsizlik
Baş idarəsinə rəis müavini təyin edilmişdi.  

Qanunvehedef.az 




Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar