Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Prezident onları rütbə və medallarından məhrum etdi

Baxılıb: 587     Tarix: 24-07-2023 14:34   

Prezident İlham Əliyev Mövlan Şixəliyevin, Sahib Ələkbərovun və Yasin Məmmədovun ali hərbi rütbədən və dövlət təltiflərindən məhrum edilməsi haqqında Sərəncam imzalayıb.
Qanunvehedef.az xəbər verir ki, Sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Mövlam Məmmədismayıl oğlu Şixəliyevin, Sahib Yunus oğlu Ələkbərovun və Yasin Seyfulla oğlu Məmmədovun ağır və xüsusilə ağır cinayətlər törətdiklərinə görə məhkum olunmaları barədə məhkəmə hökmünün qanuni qüvvəyə minməsini və Bakı Hərbi Məhkəməsinin təqdimatlarını əsas götürərək qərara alıram:
1. Mövlam Məmmədismayıl oğlu Şixəliyev general-mayor ali hərbi rütbəsindən, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenindən, “Vətən uğrunda” və “Hərbi xidmətlərə görə” medallarından məhrum edilsin.
2. Aşağıdakı şəxslər “Vətən uğrunda” medalından məhrum edilsinlər:
2.1. Sahib Yunus oğlu Ələkbərov;
2.2. Yasin Seyfulla oğlu Məmmədov.
3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir”.

Fotoda Mövlan Şixəliyev


Fotoda Sahib Ələkbərov və Yasin Məmmədov





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar