Xəbər lenti
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Qoca Səmədov azadlığa buraxıldı

Baxılıb: 653     Tarix: 26-07-2023 12:14   

Yevlaxın sabiq icra başçısı Qoca Səmədov azadlığa buraxılıb.
Qanunvehedef.az-ın əldə etdiyi xəbərə görə, bu barədə Bakı Apellyasiya Məhkəməsi qərar qəbul edib.
Məlumatı onun vəkili Elnur Vəliyev saytımıza təsdiqləyib.
Vəkil bildirib ki, Q.Səmədov xəstəliyi ilə bağlı vaxtından əvvəl cəzadan şərti olaraq azad olunub:
“Müvəkkilim ürək xətəliyindən əziyyət çəkir. Ekspert rəyində də bu sübut olunmuşdu. Təəssüflər olsun ki, Nizami Rayon Məhkəməsi bunu nəzərə almadı. Bu gün isə hakim Elmar Rəhimov həmin qərardan verdiyimiz şikayəti əsaslı hesab etdi.”
Xatırladaq ki, Q.Səmədov 2019-cu ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb. O, vəzifə səlahiyyətlərindən sui-istifadə, külli miqdarda rüşvət alma, mənimsəmə və digər faktlara görə 7 il 3 ay azadlıqdan məhrum edilib. Apellyasiya Məhkəməsi sabiq icra başçısının səhhətini nəzərə alaraq həbs müddətini 6 ilə, Ali Məhkəmə 5 il 9 aya endirib.

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar