Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Sabiq icra başçısının cəzası azaldıldı

Baxılıb: 1 563     Tarix: 28-07-2023 12:00   

Kürdəmir Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Ceyhun Cəfərov və onunla birlikdə məhkum edilmiş şəxslərin kassasiya şikayətlərinə baxılıb.
Qanunvehedef.az xəbər verir ki, Ali Məhkəmədə hakim Hafiz Nəsibovun sədrliyi ilə keçirilən iclasda Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilib.
Qərara əsasən, Ceyhun Cəfərovun cəzası 4 il 6 aya endirilib.
Bundan başqa Tacəddin Novruzovun cəzası 4 il 5 aya, Eynulla Novruzov, Mətləb Allahverdiyev, Rəcəb Hüseynov, Məhəmməd Musayevin cəzası isə 4 il 4 aya endirilib.
Xatırladaq ki, C.Cəfərov və digər eks-vəzifəlilər 2020-ci ilin avqustunda korrupsiya cinayətləri ilə bağlı həbs olunublar.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ceyhun Cəfərov, icra başçısının birinci müavini Tacəddin Novruzov 8 il 6 ay, Rayon Mərkəzi Xəstəxanasının direktoru Eynulla Novruzov, həmin xəstəxananın baş həkimi Məhəmməd Musayev, rayon Təhsil Şöbəsinin müdiri Mətləb Allahverdiyev, Təhsil Şöbəsinin baş mühasibi Rəcəb Hüseynov 8 il 3 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Sonradan Şirvan Apellyasiya Məhkəməsi Ceyhun Cəfərovun cəzasını 6 ilə, digərlərininkini 5 il 6 aya endirib.

Əbdülqəni Hüseynov



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar